Argentinada güclü zəlzələ oldu

argentinada-guclu-zelzele-oldu
Oxunma sayı: 2042

Cənubi Amerika ölkəsi olan Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumatda 589 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Santyaqo del Estero şəhərindən 116 kilometr şimal-şərqdə olduğu qeyd edilib.

Zəlzələ Çilinin Arika, Parinakota, Tarapaka və Antofaqasta bölgələrində də hiss olunub.