Argentinada güclü zəlzələ olub

argentinada-guclu-zelzele-olub
Oxunma sayı: 1057

Argentinanın şimalında 5,5 bal gücündə zəlzələ olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat verib.

Yeraltı təkanların episentri 355 minə yaxın əhalisi olan Santyaqo-del-Estero şəhərindən 121 kilometr şimali-şərqdə, ocağı isə 560 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.