Argentinada qəza - 13 ölü, 45 yaralı

argentinada-qeza
Oxunma sayı: 819

Argentinanın şimalında ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb, 45 nəfər yaralanıb. Qəza Tukuman əyalətində baş verib. Avtobusda olanların əksəriyyəti yaşlılar olub. Hadisəyə qatı duman səbəb olub.

Yolu görə bilməyən sürücü idarəetməni itirib.