Argentinada rekord göstərici

argentinada-rekord-gosterici
Oxunma sayı: 1322

Argentinada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 35 543 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Argentinanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirus xəstələrinin sayı 3 371 508-ə çatıb.

Daha əvvəlki anti-rekord aprelin 17-də qeydə alınmışdı - 29 472 yoluxma halı.  

Son sutka ərzində 745 nəfər COVID-19-un qurbanı olub (ümumi 71 771).