Argentinalı ulduz ölümdən döndü - Video

argentinali-ulduz-olumden-dondu-
Oxunma sayı: 1479

Xəbər verdiyimiz kimi, Amerika Kubokunda yarımfinal oyunu keçirilib və Argentina ABŞ-ı 4:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qafqazinfo” xəbər verir ki, oyunun sonlarına yaxın matçda üzücü hadisə yaşanıb. Argentina millisinin yarımmüdafiəçisi Ezekel Lavezzi topu ram etmək istəyərkən stadionun ətrafında qoyulmuş reklam löhvələrinə dəyərək arxası üstə yerə yıxılıb. Çox ciddi zədə alan futbolçu bir neçə dəqiqə yerdə qalıb. Həkimlərin səyi nəticəsində o, özünə gəlib.