Argentinanı məğlub edən baş məşqçinin futbolçuları ilə danışığı gündəm oldu - Video

Argentinanı məğlub edən baş məşqçinin futbolçuları ilə danışığı gündəm oldu
Oxunma sayı: 4569

Səudiyyə Ərəbistanın Baş məşqçisi Erve Renarın Argentinaya 2:1 hesabı ilə qalib gəldiyi matçın fasiləsində futbolçularla etdiyi danışıq gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, fransalı mütəxəssis ilk hissə bitdikdən sonra soyunub-geyinmə otağında oyunçularına rəqibi necə məğlub etmək lazım olduğunu deyib.

“Bizim burada nə işimiz var? Bu təzyiqdir? Sən sadəcə orada dayan. Messi topu meydanın mərkəzində qəbul edir və siz durub baxırsınız. Daha bir neçə telefon götür və onunla şəkil çəkdir.

Geri qazana biləcəyimizi hiss etmirsən? Bunu hiss etmirsən? Argentinalılar yarı güclə oynayırlar. Uşaqlar, bu, Dünya Kubokudur. Bütün gücünüzü verin.

Messi topla oynayır, siz yalnız onun qarşısında dayanmalısız və müdafiə olunmalısız”,-deyə məşqçi qeyd edib.

Qeyd edək ki, Erve Renardın danışıqları ilə yanaşı tərcüməçinin onu eyni emosiya ilə tərcümə etməsi də diqqət mərkəzinə düşüb.