Argentinanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

argentinanin-azerbaycandaki-sefirinin-diplomatik-fealiyyeti-basa-catib
Oxunma sayı: 2132

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.