Argentinanın səhiyyə naziri koronavirusa yoluxdu

argentinanin-sehiyye-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 776

Argentinanın səhiyyə naziri Karla Vissotti koronavirusa yoluxub.

“Qafqazinfo” bildirir ki, bu barədə o, tvitterdə yazıb.  

Onun sözlərinə görə, martın 1-də parlament sessiyasının açılışında iştirak etmək üçün koronavirus testi verib.

“Mənə nəticənin pozitiv olduğunu bildirdilər. Bununla əlaqədar olaraq yaxın günlərdə müəyyən olunmuş protokola əməl edərək izolyasiya olunacağam”, - o yazıb.

“Todo Noticias” telekanalının məlumatına görə, bu yaxınlarda Vissotti ilə görüşən hökumət sədri Santyaqo Kafyero da izolyasiya olunub.