Arı TIR-ı aşırdı

ari-tir-i-asirdi
Oxunma sayı: 1312


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, Mardində TIR aşıb. Hadisə səhər saatlarında İpək yolunda qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ağır yaralanıb.

Hadisənin səbəblərinə gəlincə, bu qəribəliyilə seçilir. Çünki ağır yol qəzasına arı səbəb olub.

Belə ki, arı pəncərədən maşının kabinəsinə girib. Sürücü arını çölə qovlamaq istəyib. Bu zaman idarəetməni itirib və yük maşını aşıb.

Qeyd edək ki, hadisə nəticəsində İpək yolu bir saat bağlı olub. Sonradan ərazi təmizlənib və yol açılıb.