Ariana Qrande rekorda imza atdı

ariana-qrande-rekorda-imza-atdi
Oxunma sayı: 1720

Amerikalı müğənni və mahnı müəllifi Ariana Qrande rekorda imza atıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NME” “chartdata” servisinin Tvitter səhifəsində istinadən xəbər verib.

Belə ki, ifaçının üç fərqli almobundan olan mahnılarını “Spotify” servisində 3,5 milyard dəfədən çox dinləyiblər. Qrande buna nail olan ilk sənətçi olub.

Söhbət “My Everything”, “Dangerous Woman” və “Thank u, next” plastinkalarından gedir.

Qeyd edək ki, Ariananın mahnıları “Spotify” servisində tez-tez rekorda imza atırlar.