"Qafqazinfo" xəbər verir ki, QSC-dəki etibarlı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb.
Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.
Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib.
Son xəbərlər
Son Xəbərlər