Arif Babayev vəzifəsindən getdi - Yerinə o təyin olundu

arif-babayev-vezifesinden-getdi
Oxunma sayı: 10491

Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb xanəndənin səhhətindəki problemlər olub.

O, konservatoriyadakı fəaliyyətini professor kimi davam etdirəcək.

Kafedra müdiri vəzifəsinə isə Xalq artisti Mənsum İbrahimov təyin olunub. O qeyd edib ki, sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayıb: “Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım”.

Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.