Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan-İngiltərə münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi və yaxınlaşan Parlament seçkiləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər belə görüş və müzakirələrin davam etdirilməsi və intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.
Səfirlə görüş zamanı Müsavat qərargahında və ətraf binalarda işıq sönüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər