Arif Hacılının müavininə 15 sutka verildi

arif-hacilinin-muavinine-15-sutka-verildi
Oxunma sayı: 1423

Müsavat partiyası başqanının müavini Razim Əmiraslanlı həbs edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Əmiraslanlı dünən saxlanılaraq Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbsə məhkum edilib.

O, polisə tabe olmamaqda ittiham edilib.