Arif Məmmədov vəzifəsindən azad edildi- - Yenilənib

arif-memmedov-vezifesinden-azad-edildi-
Oxunma sayı: 8255


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.

Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib. 

Bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı deyib.

Onun sözlərinə görə, bu barədə İƏT Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.