Arif Qasımovun sakinlərlə növbəti görüşü keçirilib - Foto

arif-qasimovun-sakinlerle-novbeti-gorusu-kecirilib
Oxunma sayı: 744

Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 277 №-li tam orta məktəbdə Q.Qarayev prospekti 80, 80a, 86 və 92 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Səyyar qəbulda sakinlərin problemləri İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.