Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır - Yenilənib

arif-quliyevin-xanimi-xestexanaya-yerlesdirilib-veziyyeti-agirdir
Oxunma sayı: 5213

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev Yenicag.az-a açıqlamasında bildirib.

O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini deyib: “Anamın səhhəti ağırdır, “Semaşko”ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır”.

Qeyd edək ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

***

Gülzar Quliyevanın səhhəti ilə bağlı Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, xəstə qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib: “Müayinələrdən keçirilib, müalicələri davam etdirilir. Hemodinamikası stabildir, müsbət dinamika müşahidə edilir. Xəstənin ümumi vəziyyəti ağır stabildir”.