Arif Rəhimoğlu İsveçdə dəfn edildi - Foto

arif-rehimoglu-isvecde-defn-edildi
Oxunma sayı: 9750

İsveçdə vəfat edən professor Arif Rəhimoğlu həmin ölkədə dəfn edilib.

“Qafqazinfo”nun məlumatına görə, İsveçin Yeteborq şəhərində vəfat edən alimlə vida mərasimi keçirilib. 

Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.  
 
20 kitab və 250-dək elmi məqalə müəllifidir. O, 2003-cü ildə İsveçə mühacirət etmişdi.