Arif Yunusun cinayət işi məhkəməyə göndərildi

arif-yunusun-cinayet-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 767


“Qafqazinfo”nun xəbərinə görə, bu barədə APA-ya məlumat verən A.Yunusun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb və ittiham aktı təsdiq olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. A. Yunus ötən il avqustun 5-də həbs edilib.