Arılar kütləvi şəkildə tələf oldu - Cinayət işi açıldı

arilar-kutlevi-sekilde-telef-oldu
Oxunma sayı: 2177

Rusiya İstintaq Komitəsinin Orlov vilayəti üzrə İstintaq İdarəsi arıların kütləvi şəkildə tələf olması faktı ilə bağlı cinayət işi açıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

İş “Bitki zərərvericiləri və xəstəlikləri ilə mübarizə qaydalarının pozulması” maddəsi üzrə açılıb. Həmin maddəyə əsasən maksimal cəza iki ilədək azadlıqdan məhrum edilmədir.

Cinayət işinin açılmasına əsas iyunun 14-də Orlov vilayətinin Korsakov rayonunda 300-dən çox arı ailəsinin tələf olması olub.

İstintaqın məlumatına görə, bu, “Otradaaqqroinvest” kompaniyasının buğda zəmilərinə baxım zamanı yol verdiyi pozuntular səbəbindən baş verib.