Türkiyənin məşhur müğənnisi Safiye Soyman mədəsinə botoks qoydurub. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə Kanal D-də yayımlanan “ İkinci Sayfa” proqramında məlumat verib.
S. Soyman əməliyyatdan qorxduğu üçün belə addım atdığını bilirib: “Mədəmin iştah mərkəzinə üzümüzə etdirdiyimiz botoksdan qoydurmuşam. Yemək yeyirəm, amma qidanın 4-də 1-i mədəyə gedir. 20 günə 4 kq arıqlamışam. Hədəfim 55 kq-dır. Bundan sonra isə qarnımda olan dərini dartdıracam”.



Son xəbərlər
Son Xəbərlər