Müğənni Fədayə Laçın güzəştə getdiyi insanlardan danışıb.
“Qafqazinfo”nun məlumatına görə, müğənni “Yeri gəlmişkən” verilişinə açıqlamasında bildirib ki, həyatda ən böyük güzəşti uşaqlıqda onu atıb gedən atasına edib:
“Yaşlı insanlara çox güzəştə gedirəm. Güzəştə getmək deyəndə ailəm yadıma düşür. Çox inandığım, bel bağladığım insandan udar görəndə çox pis oluram. Atam anamla ayrılmışdı və bizi atıb getmişdi. Məni xəstə, heç kimi olmayanda axtardı. Ailəsi də onu atıb getmişdi, bir qızı onun yanında qalmışdı. Ona güzəştə getdim, həkim tapdım, müalicə etdirdim. Qışda atama görə çox stress keçirdim, depressiyaya düşdüm. Arıqlamışdım, dedilər ki, xəstəlik tapmışam. Müğənniyəm, evə gec gəlirəm, ailəm mənə güzəşt edir”.
Könül
Son xəbərlər
Son Xəbərlər