“Arkadi adlı erməni bizə lağ etməyə başladı...”- - Millət vəkili

arkadi-adli-ermeni-bize-lag-etmeye-basladi-
Oxunma sayı: 1913


“Yay mövsümünün gəlməsi hər kəsə xeyli sevinc gətirsə də qayğıları da az deyildir. Bunlardan ən ağrılısı və bəlkə də yeganəsi vaxtaşırı insanların sularda batmasıdır. İndiki informasiyanın operativ yayıldığı bir dövrdə xəbər anındaca hər bir kəsə çata bilir. Və beləliklə kiminsə suda boğulması tək qohumlarının deyil, xəbəri oxuyan minyonlarla insanların ürəyini ağrıdır. Bir nəfərin itkisi onun yaxınlarının ömürlük sağalmayan ağrısına çevrilir, batan insan cavan və ya körpə olduqda isə isə faciənin sərhəddi ölçüsüz olur.

Statistika göstərir ki, yay aylarında batanların sayə hətta şəhidlərin sayından çox olur.

Bəs nədən bu faciə yaşanır, nədən bu say azalmaq bilmir ?

Mənim uşaqlığım Mingəçevirdə, Kür sahilində keçib. Evimizlə çay arasındakı məsafə cəmisi 200 metr idi və Kür sahili tək bizim deyil, bütün şəhər uşaqlarının sevimli yeri idi. Yay vaxtında səhər balıq tutmağa və gün vaxtında isə sahildə çimməyə gedirdik. Elə digər aylarda da dəstə-dəstə Ana Kürdə balıq tutmağı çox sevirdik.

Bütün şəhər uşaqları çayda çimməyə gəlir və elə oradaca üzməyi öyrənirdi. Ancaq bunlara baxmayaraq suda batma halları demək olar ki, olmurdu.

İlk səbəb isə ondan ibarət idi ki, valideynlər daima uşaqlarının harda olduğunu bilirdilər. Uşaqlarda valideyn qarşısında məsuliyyət hissi lap körpəlikdən tərbiyə edilirdi.Valideynlərimiz Kürün təhlükəsindən, batmağın nə olduğundan danışırdılar. Bu söhbətlər daima qulağmızda səslənirdi.

İkinci səbəb isə o idi ki, uşaqlar heç zaman Kürdə çimməyə tək getmirdilər,dəstədə azı 5- 10 nəfər olurdu. 

Üçüncü səbəb o idi ki, uşaqlar həmişə ancaq çoxluq olan yerdə çimirdilər. Dördüncü səbəb o idi ki, böyüklər balacalara ancaq dayaz yerdə, onların gözü qarşısında çimməyə icazə verirdilər. 

Beşinci səbəb o idi ki, dərin yerə ancaq üzməyi bilən uşaqların üzməyinə nəzarət edirdilər. Hamı kimin nə cür üzməyindən xəbərdar idi, təsadüfi uşağı uzağa buraxmırdılar.

Altıncı səbəb o idi ki, su soyuq olanda və küləkli havada heç bir halda suya girməzdik. Bu tabu idi, sahildə bir-iki saat durub, sonradan evlərimizə dağılırdıq.

Yeddinci səbəb o idi ki, yaxınlıqda hansısa bir sərxoş adam suya girirdisə gücümüz çatsa onu suya buraxmırdıq, gücümüz çatmasa isə tez qaçıb yaxnlıqdakı böyük adamları xəbərdar edirdik.

Səkkizinci səbəb o idi ki, bəzi valideynlər öz uşaqlarını qorxudan Kürə buraxmırdılar. Onlar ya həyətə, ya evdə vannaya su doldurub, uşaqlarını ora buraxırdılar. Buna gülürdük, ancaq başa düşürdük.

Bir dəfə Kür sahilində Arkadi adlı bir erməni oğlan kimin Kürün o biri sahilinə üzüb o dəqiqə də geri qayıda biləcəyini soruşdu. O bizdən böyük idi, heç kəs dinmədi, çünki, riskli idi. O bizə lağ eləməyə başladı, mən dözməyərək üzə biləcəyimi dedim. O, 3 manata mərc gəlməklə birlikdə üzəcəyimizi dedi, yenə lağ etdi. Mənim 3 manatım olmasa da, razılaşdım. Kürü keçdik və o dəqiqə də geri qayıtdıq, erməni oğlan pərt oldu. O zaman mənim 12 yaşım var idi”.