Armani BMT-nin səfiri təyin edildi

armani-bmt-nin-sefiri-teyin-edildi
Oxunma sayı: 3330

İtalyan modelyer Corco Armani və məşhur aşpaz Cino Sorbillo BMT-nin Ümumdünya Turizm Təşkilatının yeni səfirləri seçiliblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat onların öz statuslarından və təsir güclərindən BMT-nin məsuliyyətli və davamlı turizm üzrə fəaliyyətində istifadə edəcəklərinə əminliyini bildirib.

“Qastronomiya və moda sahəsində gələcək liderlər İtaliya iqtisadiyyatının iki nəhəng sektorunda və ölkənin turizm sahəsində dünya liderinə çevrilməsində mühüm töhfə verəcəklər”, - deyə BMT ÜTT-nin məlumatında deyilir.

Bu təyinatın təşkilatın İtaliya ilə əlaqələrini daha da gücləndirəcəyinə ümid edildiyi də qeyd olunub.