Armen Qriqoryanın avtomobili qəzaya düşdü - Foto

armen-qriqoryanin-avtomobili-qezaya-dusdu
Oxunma sayı: 2294

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Shamshyan.com” portalı yayıb.

Məlumata görə, qəza bu gün səhər saatlarında Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib.

Qriqoryanın sürücüsünün idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil ilə “Range Rover” avtomobili toqquşub. Qəza zamanı Qriqoryan avtomobildə olmayıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Fotoda Armen Qriqoryan