Armen Sarkisyan istefa ərizəsini xaricdə yazıb

armen-sarkisyan-istefa-erizesini-xaricde-yazib
Oxunma sayı: 2470

Ermənistanın yenicə istefa vermiş Prezidenti Armen Sarkisyan hazırda xarici ölkədə tibbi müayinədən keçir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Sarkisyanın Mətbuat xidməti yayıb.

Bildirilir ki, A.Sarkisyan bu səbəbdən istefa ərizəsini xaricdə olarkən yazıb. Onun müayinəsi bitdikdən sonra Ermənistana qayıdacağı gözlənilir.

Xatırladaq ki, A.Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb.