Armen Sarkisyan postundan getmək üçün şərtini açıqladı

armen-sarkisyan-postundan-getmek-ucun-sertini-aciqladi
Oxunma sayı: 3289

Ermənistan Prezidenti Armen Sarkisyan hansı halda postundan gedəcəyinin şərtini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “The Spectator World”ə müsahibəsində bildirib.

O, ölkədə islahatları sürətləndirmək üçün vəzifəsini tərk etməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, dekabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan yarı prezident və ya prezident idarəetmə sisteminə qayıtmağı düzgün hesab etmədiyini bəyan edib.