Martın 3-də, saat 11:00-da Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcəyini və bu oyunda Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, Nihat Kahveci ulduzların iştirak edəcəyini xəbər vermişdik.
“Qafqazinfo”nun məlumatına görə, onların siyahısına daha bir ulduz əlavə olunub.
Belə ki, Rusiya yığmasının və İngiltərənin “Arsenal” klubunun sabiq üzvü Andre Arşavin də paytaxımıza gələcək.
Son xəbərlər
Son Xəbərlər