Arsen Venger Özilin Azərbaycandakı oyunundan danışdı

arsen-venger-ozilin-azerbaycandaki-oyunundan-danisdi
Oxunma sayı: 786

“Arsenal”ın baş məşqçisi Arsen Venger Məsut Özilin Almaniya millisinin heyətində Azərbaycana qarşı oyunundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, fransalı mütəxəssis onun Bakıda özünü yaxşı tərəfdən göstərdiyini bildirib:

“O özünü təsdiq etmək üçün yenidən məşqlərə başladı. Azərbaycanla matçda 20 dəqiqə yaxşı çıxış etdi. Məsut bu həftə çox güclü məşqlər edib əvvəlki vəziyyətini qaytaracaq”.