“Arsenal” 6 futbolçunu yola salır

arsenal-6-futbolcunu-yola-salir
Oxunma sayı: 1691

“Arsenal” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

“Qafqazinfo” xəbər verir ki, London klubu 6 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. “Topçular”la vidalaşacaq oyunçuların adları açıqlanmasa da, onların bəzilərinin kimliyi təxmin edilib. Müdafiəçi Sokratis Papastatopulos, Şkodran Mustafi, yarımmüdafiəçi Henrik Mxitaryan və hücumçu Pyer-Emerik Obameyanqın komandadan gedişi gözlənilir.

Onların satışından əldə ediləcək gəlir isə yeni transferlərə xərclənəcək.