“Arsenal”-“Çelsi” matçı təxirə salındı

arsenal-celsi-matci-texire-salindi
Oxunma sayı: 2910

Premyer Liqanın 34-cü turunun “Arsenal” – “Çelsi” matçı təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar London polisinin müraciətindən sonra qəbul edilib.

Beləliklə, oyun mayın 2-nə təyin olunub.

Qeyd edək ki, görüş aprelin 29-da “Emirates” stadionunda keçirilməli idi.