“Arsenal” çempionluq yolunda daha bir maneəni aşdı

arsenal-cempionluq-yolunda-daha-bir-maneeni-asdi
Oxunma sayı: 2080

İngiltərə Premyer Liqasında (İPL) VII turdan təxirə salınmış iki görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, "Arsenal" qrupda qalmaq üçün mübarizə aparan "Everton"u 4:0 hesabı ilə məğlub edib. 

"Everton"u qəbul edən "Arsenal" vurduğu qollarla ardıcıl 3-cü qələbəsini qazanıb. Xalı 60-a yüksəldən “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb. "Everton"un isə 21 xalı var.

Təxirə salınmış ikinci oyunda isə "Liverpul" "Vulverhempton"a qalib gəlib.

"Liverpul" 2-0 hesabı ilə 39 xalla 6-cı pilləyə yüksəlib. “Vulverhempton” isə 24 xalla 15-ci pillədə qərarlaşıb.