İngiltərədə “Arsenal”ı məğlub edən “Monako” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib. Fransa təmsilçisi iki top üstünlüyünü qorumağa çalışıb.
Düzdür, londonlular 0:2 hesabı ilə qalib gəlsələr də, turnirlə vidalaşıb. 36-cı dəqiqədə Olivye Jiru və 79-cu dəqiqədə Aaron Remsinin qolları “topçular”a yetərli olmayıb.
Madriddə keçirilən oyunda isə qonaqlar üstünlüyünü qorumağa çalışıb. Almaniya “Bayre”i evdə minimal hesabla məğlub etdiyi “Atletiko”nu mübarizədən kənarlaşdırmağa çalışıb. Son vaxtlar o qədər də uğurlu çıxış etməyən madridlilər isə doğma meydanda qalib gəlmək niyyətində idi. Azarkeşlər 90 dəqiqə ərzində yalnız Mario Suaresin tək qoluna şahidlik ediblər. Ümumi hesabda bərabərlik yarandığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə ispanlar daha dəqiq oynayıb və 1/4 finala yüksəlib – 3:2.
Qeyd edək ki, ötən həftə “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa) və “Porto” (Portuqaliya) 1/4 finala yüksəlmişdi.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
17 mart
“Monako” (Fransa) – “Arsenal” (İngiltərə) - 0:2
Qollar: Jiru, 36, Remsi, 79
Baş hakim: Sven Oddvat Moen (Norveç)
Monako. II Lui stadionu
İlk oyun – 3:1
“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 1:0 (penaltilər seriyası - 3:2)
Qol: Suares, 27
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Madrid. Visente Kalderon stadionu
İlk oyun – 0:1
Son xəbərlər
Son Xəbərlər