İngiltərə Kubokunda 1/16 final mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi görüşündə “Arsenal” öz meydanında “Mançester Yunayted”lə qarşılaşıb.
Ule Qunnar Sulşerin baş məşqçi təyin olunmasından sonra bütün turnirlər daxil olmaqla ardıcıl 7 oyunda qələbə qazanan “Mançester Yunayted”, bu matçda da qalib gəlib.
Mançester təmsilçisi güclü rəqibini 3:1 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
“Arsenal” - “Mançester Yunayted” - 1:3
Qollar: Obameyanq, 43 - Sançes, 31, Linqard, 33, Marsial, 82





Son xəbərlər
Son Xəbərlər