Bu gün Avropa Liqasının ¼ final mərhələsinin ilk oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, turun maraqlı görüşü Londonda baş tutacaq.
Çempionluğa iddialı “Arsenal” “Napoli” ilə üz-üzə gələcək.
İngiltərənin turnirdəki digər təmsilçisi “Çelsi” isə “Slaviya”nın qonağı olacaq.
“Vilyarreal”la “Valensiya” arasındakı ispan dueli də böyük maraq doğurur.
“Benfika” isə evdə “Ayntraxt”la qarşılaşacaq.
Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya)
23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya
Baş hakim: Maykl Oliver (İngiltərə)
23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya
Baş hakim: Antoni Teylor (İngiltərə)
Son xəbərlər
Son Xəbərlər