Bu gün UEFA Avropa Liqasında yarımfinalın ilk görüşləri keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, London təmsilçisi “Arsenal” evdə “Valensiya” ilə üz-üzə gələcək.
Londonun digər təmsilçisi “Çelsi” isə Almaniya səfərinə yollanacaq. “Zadəganlar” “Ayntraxt”la münasibətlərə aydınlıq gətirməyə çalışacaqlar.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
London. "Emireyts" stadionu
23:00. “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Frankfurt. "Kommerzbank Arena"
***
Matçın 11-ci dəqiqəsində Diakabinin vurduğu qolla "Valensiya" 1:0 öndədir.
***
18-ci dəqiqədə Aleksandr Lyakazettin qolu ilə "Arsenal" hesabı bərabərləşdirir.
***
Matçın 23-cü dəqiqəsində Yoviç hesabı açır. “Ayntraxt” 1:0 öndədir.
***
Lyakazettin 26-cı dəqiqədə vurduğu qolla "Arsenal" 2:1 önə çıxır.
***
"Çelsi" 45-ci dəqiqədə Pedronun vurduğu qolla hesabı bərabərləşdirir.
***
90-cı dəqiqədə Obameyanq hesab arasındakı fərqi 3 topa çatdırır. Oyun 3:1 hesabı ilə başa çatır.





Son xəbərlər
Son Xəbərlər