22 ildən sonra Premyer Liqada ilk dəfə ilk dörddən kənarda qalan “Arsenal” növbəti mövsüm üçün heyətini gücləndirmək istəyir.
“Qafqazinfo” xəbər verir ki, London klubu hücum xəttinə “Lion”dan Aleksandr Lakazeti transfer edib.
“Transfermarkt” keçidin “Arsenal”a 60 milyon avroya başa gəldiyini yazıb. Lakazet bununla da “Arsenal” tarixinin ən bahalı futbolçusu olub. Bundan öncə isə bu ünvan 2013-cü ildə 47 milyon avroya “Real Madrid”dən transfer edilən Məsut Özildə idi.
Qeyd edək ki, 2010-cu ildən “Lyon” forması geyinən 26 yaşlı fransız hücumçu 275 oyunda 129 qola imza atıb.
Son xəbərlər
Son Xəbərlər