Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, gecənin ən bol qollu matçı İtaliyada baş tutub. “Latsio” “Zalsburq”u 4-2 hesabı ilə məğlub edib.
“Arsenal” isə öz meydanında MOİK-ə 4-1 hesabı ilə qalib gəlib.
Bundan başqa, “Leyptsiq” bir, “Atletiko” isə 2 cavabsız qolla qalib gəlib.
Gecənin nəticələrini təqdim edirik:
“Arsenal” (İngiltərə) – MOİK (Rusiya) - 4:1
Qollar: Remsi, 9, 28, Lakazet, 23 (p.), 35 - Qolovin, 15
“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) - 2:0
Qollar: Koke, 1, Qrizman, 40
“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) - 4:2
Qollar: Luliç, 9, Parolo, 48, Andersen, 74, İmmobile, 76 - Berişa, 30 (p.), Minamino, 71
“Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa) - 1:0
Qol: Verner, 45
Son xəbərlər
Son Xəbərlər