İngiltərə Premyer Liqasında 28-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son matçında lider “Mançester Siti” səfərdə “Arsenal”la qarşılaşıb.
Matç “Arsenal”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, “Arsenal”ın son 1 həftədə “Mançester Siti”yə ikinci məğlubiyyəti idi. Belə ki, 25 fevralda Liqa Kubokunun finalında “şəhərlilər” 3-0 hesabı ilə qalib gələrək kuboka sahib olmuşdular.
“Arsenal” - “Mançester Siti” - 0:3
Qollar: Bernardo Silva, 15, David Silva, 28, Sane, 33
Son xəbərlər
Son Xəbərlər