“Arsenal” zədələrdən xilas ola bilmir

arsenal-zedelerden-xilas-ola-bilmir
Oxunma sayı: 987


 “Qafqazinfo” xəbər verir ki, bu dəfə Cek Uilşer zədələnib. Uilşer İngiltərə millisinin  heyətində Danimarkaya qarşı keçirilən yoldaşlıq  matçında ciddi zədə alıb. Həkim müayinəsindən keçdikdən sonra futbolçunun  6 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Belə olduğu halda, Uilşer martın 11-də “Bavariya”ya qarşı keçiriləcək Çempionlar Liqası 1/8 final mərhələsinin cavab görüşündə iştirak edə bilməyəcək. Bundan başqa yarımmüdafiəçi martın 29-da “Mançester Siti” ilə oynanılacaq vacib “Premyer Liqa” matçını buraxmalı da olacaq.

 

İqbal