“Arsenal”dan gözlənilməz məğlubiyyət - Fotolar + Video

arsenaldan-gozlenilmez-meglubiyyet
Oxunma sayı: 1113

Avropa Liqasında 1/16 mərhələsində sürpriz nəticə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Belarusun BATE komandası ilə qarşılaşan İngiltərənin “Arsenal” klubu gözlənilmədən məğlub olub.

Heyətində ciddi itki olmadan matça çıxan London təmsilçisi görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki,cütün cavab görüşü fevralın 21-də baş tutacaq.

BATE - “Arsenal” - 1:0

Qol: Draqun, 45

Qırmızı vərəqə: A.Lakazet, 85 (“Arsenal”)