“Arsenal”dan rəsmi transfer

arsenaldan-resmi-transfer
Oxunma sayı: 1082


Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi “Vilyareal”ın futbolçusu Qabriel Paulistanı heyətinə cəlb edib.

Müqavilə müddəti haqda məlumat verilməyib. Klublar arasındakı razılaşmaya uyğun olaraq “Arsenal”ın gənc hücumçusu Joel Kampbel mövsümün sonuna qədər “Vilyareal”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 24 yaşlı Qabriel Paulista bu mövsüm “Vilyareal”da 29 rəsmi oyuna çıxıb.