“Arsenal”ın baş məşqçisi də koronavirusa yoluxdu

arsenalin-bas-mesqcisi-de-koronavirusa-yoluxdu
Oxunma sayı: 1757

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub. 

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə klub məlumat yayıb.

“Mikel Artetanın koronavirus testi pozitiv çıxdıqdan sonra bütün təlim mərkəzlərimiz bağlandı. Bütün futbolçularımız karantinə götürüldü”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrında “Arsenal”a baş məşqçi təyin edilib.