“Arsenal”ın baş məşqçisi “Qarabağ”dan danışdı

arsenalin-bas-mesqcisi-qarabagdan-danisdi
Oxunma sayı: 5931

“Avropa Liqası ərəfəsində həftə ərzində iki oyun keçirəcəyik və fiziki cəhətdən hazır olmaq vacibdir. Bu tempə öyrəşməliyik. Əlimizdə olan hər bir futbolçudan istifadə etməyə çalışacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqqında isə bunları deyib:

“Bütün rəqiblərə hörmətlə yanaşırıq. Uzun fasilədən sonra beynəlxalq arenaya qayıdırıq. Burada uzun yol qət etmək niyyətindəyik. Qrupdakı hər üç komandaya hörmət edirik. Avropa Liqasının qalibi olmaq istəyirik”.

46 yaşlı ispaniyalı mütəxəssis Azərbaycana səfərin uzun və yorucu olacağını sözlərinə əlavə edib:

“Uzun səfərlər hər zaman komandaya çətinlik yaradır. Bu baxımdan Azərbaycana səfərin çətin olacağını düşünürəm. Ancaq bunun öhdəsindən gəlməliyik”.

Qeyd edək ki, London təmsilçisi E qrupunda “Sportinq” (Portuqaliya), “Qarabağ” (Azərbaycan) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq.