“Arşın mal alan” Hollivudda -

arsin-mal-alan-hollivudda-
Oxunma sayı: 1313


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu, "Arşın mal alan"ın Hollivudda ilk premyerası olacaq.

Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşən “Ricardo Montalban” kinoteatrında təqdim ediləcək. Nümayişdə "Arşın mal alan"ın 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rəngli versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunur.

Filmin nümayişi ilə bağlı baş konsulluq tərəfindən qısa videoçarx da hazırlanıb: 

“Qafqazinfo”