“Ümumilikdə 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı deyib.
“2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Qeyd edim ki, əhalinin banklarda olan əmanətləri 27% və ya 2,5 milyard manat artaraq 11,7 milyard manat olub”, - deyə Baş nazir vurğulayıb.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər