Artıq bu keçiddən istifadə edə bilərsiz

artiq-bu-kecidden-istifade-ede-bilersiz
Oxunma sayı: 759

"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidində tikinti işləri yekunlaşıb. 

“Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, artıq vətədaşlar keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər.

keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.