Artıq çəki böyrək xərçəngi riskini artırır

artiq-ceki-boyrek-xercengi-riskini-artirir
Oxunma sayı: 705

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərədə aparılan araşdırmalar nəticəsində şişmanlığın böyrək xərçəngi xəstəliyi riskini 70% artırdığı məlum olub.

İngiltərə Xərçəng Araşdırmalar Birliyi uzun müddət davam edən araşdırmalar nəticəsində xərçəng xəstəliyinə yoluxma ehtimalının siqaret çəkənlərdə 50%, şişmanlarda isə 70% təşkil etdiyinin müəyyən olunduğunu açıqlayıb.

“Bi-Bi-Si” telekanalının xəbərində şişmanlığın yalnız böyrək xərçənginə deyil, bədənin digər üzvlərində də bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olduğu bildirilib. Habelə xəbərdə böyrək xərçəngi xəstəliyinin sözügedən xəstəlik növləri arasında 8-ci ən çox rast gəlinən növü olduğu da qeyd edilib.

Həkimlər həddən artıq çəkinin döş və bağırsaq xərçəngi xəstəliyinə yoluxma riskini artırdığını bildirirlər.