Bu gün parlamentin plenar iclasında 27 məsələ gündəliyə daxil edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, əksər məsələlər ikinci oxunuşda müzakirə edildiyi, bəzi dəyişikliklər isə formal xarakter daşıdığı üçün sürətli sərvermə keçirilib. Bu zaman deputat Vahid Əhmədov deyib ki, səsvermə üçün 20 saniyə müddət çoxdur: “Bu müddət 10 saniyəyə endirilsin”.
Spiker Sahibə Qafarova təklifin nəzərə alınacağını deyib və növbəti səsvermələr 10 saniyə ərzinə keçirilib. Bu müddət ərzində deputatlar qanun layihəsinin lehinə və ya əleyhinə olmağa, yaxud da bitərəf qalmağa qərar verməlidir.
Son xəbərlər
Son Xəbərlər