“Artıq Ermənistandan ötrü heç kim vuruşmayacaq”

artiq-ermenistandan-otru-hec-kim-vurusmayacaq
Oxunma sayı: 6665

 “Baxın, bu gün Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alır. Bu, tamamilə yeni təhlükəsizlik sistemidir. Bu, sadəcə, hava hücumundan müdafiə kompleksinin alınması deyil, yeni təhlükəsizlik, qarşılıqlı etimad sisteminə bir addım yaxınlaşmaqdır. Bunu qarşılıqlı etimad olmadan əldə etmək mümkün deyil. Biz Rusiyadan S-300-ləri çoxdan almışıq. Bu da qarşılıqlı etimad amilidir. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir”.

"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Amma Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun”.